"Milan"ın idman direktoru Paolo Maldini müqaviləsi mövsümün sonunda başa çatacaq Zlatan İbrahimoviç, Hakan Çalhanoğlu və Canluici Donnarumma ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub rəsmisi hər 3 futbolçu ilə planlaşdırılmış görüşləri olduğunu və tələsmədən hərəkət etdiklərini bildirib.
"Zlatan İbrahimoviç, Hakan Çalhanoğlu və Canluici Donnarumma yeni müqavilə ilə bağlı danışıqlarımız davam edir. Tələsmirik. Üçü ilə də müqavilə yeniləmək istəyirik və danışıqları heç dayandırmamışıq. Doğru anı gözləyirik" deyə Maldini bildirib.