"Liverpul”un zədəli futbolçuları Trent Aleksander-Arnold və Nabi Keytadan şad xəbər var.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti hər iki oyunçunun sağaldığını açıqlayıb.
Onlar komandanın dünənki məşqinə qatılıblar. Baş məşqçinin şans verəcəyi halda futbolçular Premyer Liqanın növbəti turunda keçiriləcək "Vulverhempton”la oyunda iştirak edə biləcəkləri gözlənilir.
Qeyd edək ki, "Liverpul” – "Vulverhempton” oyunu dekabrın 6-da, saat 23:15-də keçiriləcək.
Fanat.Az