Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsi əbədiləşdiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Xəbərə görə, Buenos-Ayres şəhərinin Qanunverici Məclisi bununla bağlı tədbirlər planı hazırlayıb. Qurum əfsanəvi oyunçunun ilk klubu olan "Argentinos Xuniors" klubunun bazasının yerləşdiyi Aqronomiya rayonu ərazisində turizm, idman və mədəniyyət klasteri yaratmaq niyyətindədir.
Xüsusilə, komandanın ev oyunlarını keçirdiyi stadionuna gedən küçəyə Maradonanın adının verilməsi təklif edilib.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib.
Fanat.Az