PSJ Jese Rodrigesi komandadan kənarlaşdıracaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
PSJ ispan futbolçunu 2016/17 mövsümündə "Real"dan 25 milyon avroya transfer etsə də, ümidləri doğrultmur. Rodriges müxtəlif vaxtlarda "Las Palmas", "Stok Siti", "Betis" və "Sportinq" (Lissabon) kublarına icarəyə verilib, daha sonra Parisə dönüb. Gələn ilin yayınadək müqaviləsi olan futbolçu cari mövsümdə cəmi 22 dəqiqə forma geyinib. PSJ bir neçə dəfə onu satmaq istəsə də, ispan futbolçu yüksək maaşı səbəbindən bundan imtina edib.
İndi isə adının qarışdığı bir qalmaqala görə, komandadan qovulacaq. Məlumata görə, Jese Kanar adalarında sevgilisi Aurah Ruiz üçün əyləncə məclisi təşkil edib. Amma məclisdə maskadan istifadə olunmayıb və sosial məsafə qorunmayıb.
"Footmercato"ya danışan PSJ rəsmilərindən biri olayla bağlı bu sözləri deyib: "Jese komanda üçün önəmli bir oyunçu olmasa belə klubun imicini bu şəkildə zədələnməsinə göz yumulmayacaq".
Bu arada Rodrigesin sevgilisi Aurah Ruizə xəyanət etdiyi də iddia olunub. İddiaya görə, futbolçu sevgilisini onun rəfiqəsi Rokio Amarla aldadıb.
Rokio Amar özü də ispan futbolçu ilə Madriddəki bir gecə klubunda birlikdə olduqlarını bildirib. Aurah Ruiz isə Jesenin ona "dəli" və "sıxıcı" deməsini əks etdirən səs yazısını sosial mediada paylaşıb.