Türkiyə I liqasında XII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Boluspor” doğma meydanda "Altay"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Araz da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda 10 xalı olan "Boluspor” 18 komanda arasında 16-cıdı.