"Bavariya"nın hücumçusu Robert Levandovski "Barselona"nın superulduzu Lionel Messidən və ona yönələn tənqidlərdən danışıb.
Fanat.Az xəbər verir ki, "Ole" polşalı hücumçunun söylədiklərini belə çatdırıb:
"Messi futbol tarixinin ən böyük oyunçularından biridir. Bilirəm ki, ondan həmişə çox şey gözləyirlər. Bu, təbii haldır. Başqalarından aşkar fərqlənən futbolçudan hamının daha artığını ummasında qeyri-adi nəsə görmürəm. Ola bilsin, onun çatdığı zirvəyə daha heç kim çatmayacaq. Bəlkə də Messi səviyyədə birinin doğulması üçün hələ 100 il gözləmək lazım gələcək".
Xatırladaq ki, Messi bu yay rəhbərliklə fikir ayrılığı üzündən "Barselona" ilə olan müqaviləsini vaxtından əvvəl pozmağa cəhd etmişdi. Son nəticədə Kataloniya təmsilçisində qalan argentinalı bu mövsüm çıxdığı 10 oyunda 4 qol vurub.
Fanat.Az