"Mançester Yunayted” İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "Vest Hem”lə oyunda 3:1 hesablı qələbə qazanan "qırmızı şeytanlar" geri dönüş baxımından rəqib tanımır.
Mançester təmsilçisi indiyədək hesabda geri düşdüyü matçlarda 385 xal qazanıb. Bu, 1992-ci ildən indiki adla keçirilən Premyer Liqada yeni rekorddur.
Ole-Qunnar Sulşerin komandası bu göstəricidə 383 xala malik "Tottenhem”i arxada qoyub. "Arsenal” geridönüşlə 356, "Liverpul” 336, "Çelsi” 332 xal qazanıb.
Fanat.Az