"Çelsi”nin futolçusu Hakim Ziyex zədələnib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən gecə Premyer Liqanın 10-cu turunda "Lids”lə matçın 30-cü dəqiqəsində xəsarət alıb.
Ziyex oyuna davam edə bilməyib və əvəzlənib.
Mərakeşli futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Çelsi” – "Lids” matçı meydan sahiblərini 3:1 hesablı qələbəsiylə başa çatıb.
Fanat.Az