İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ”ın rəqiblərindən olan "Vilyarreal” da növbəti matçına çıxıb.
"Sarı Sualtı Qayıq" "Elçe”ni qəbul edib. O qədər də baxımlı alınmayan oyunda hesab açılmayıb.
Hazırda 21 xalı olan "Vilyarreal” 3-cü pillədə qərarlaşıb.
"Qarabağ" Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı "Vilyarreal"la oyundan 1:3 hesabıyla məğlub ayrılıb. Növbəti oyun dekabrın 11-də İspaniyada baş tutacaq.
Fanat.Az