A Seriyasının 10-cu turunda "Sampdoriya"nı 2:1 hesabıyla yenən "Milan" son 65 ilin ən yaxşı startı ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, komanda buna ölkə çempionatı çərçivəsində çıxdığı 10 oyunun 8-də qələbə qazanmaqla nail olub. "Qırmızı-qaralar"ın tarixinin ən yaxşı göstəricisi isə 1954/1955 mövsümünə təsadüf edib. Həmin vaxt milanlılar ölkə birinciliyinin ilk 10 turunda 9 zəfərə sevinib.
Yeri gəlmişkən, A Seriyasının turnir cədvəlinin lideri bu qələbə sayəsində məğlubiyyətsiz oyunlarının sayını da 22-yə çatdırıb. "Milan" son dəfə martın 8-də "Cenoa"ya uduzub - 1:2.
Fanat.Az