"Barselona"nın baş məşqçsi Ronald Kuman bu qış 2 futbolçu transfer etməyi hədəfləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "sport.es" yayıb.
Mənbə niderlandlı çalışdırıcının mərkəz müdafiəçisi və universal hücumçu transferini vacib saydığını və rəhbərliklə bu barədə razılığa gəldiyini açıqlayıb.
Qeyd edək ki, "Barsa" yayda "Lion"un hücumçusu Memfis Depayı və "Mançester Siti"nin müdafiəçisi Erik Qarsiyanı heyətə qatmağa çalışsa da, məqsədinə çata bilməmişdi.
Fanat.Az