İngiltərə Premyer Liqasının son turunda "Tottenhem"ə 0:2 hesabıyla yenilən "Arsenal"ın baş məşqçisi Mikel Arteta 50 illik antirekordu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, bu, "topçular"ın baş məşqçisi üçün "Tottenhem"ə ikinci məğlubiyyət olub.
Arteta son 53 ildə ardıcıl iki şimali London derbisində yenilgi acısı dadan mütəxəssis kimi tarixə düşüb. İndiyə qədər yalnız 1966/67 mövsümündə Berti Mi "Arsenal"ın baş məşqçi postunda belə uğursuzluğa düçar olmuşdu.
Fanat.Az