"Milan"ın idman direktoru Frederik Massara klubun hələ 39 yaşlı Zlatan İbrahimoviçlə danışıqlara başlamadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Massaranın isveçli forvardın gələcəyi ilə bağlı söylədiklərini "Sky Sport Italia" belə çatdırıb:
"İbra "Milan"da olsa da, hələ danışıqlara başlamamışıq. Uyğun vaxtın yetişməsini gözləyirik. Zlatanın əhavlından və arzularından çox şey asılıdır. Hazırda bu komandada qalmaq istədiyini oyunu ilə göstərir. Uzun müddət bizimlə qalacağına ümid edirik".
Fanat.Az