Bu gecə Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, baş tutan oyunlardan sonra daha 3 komanda – "Latsio”, "Laypsiq” və PSJ 1/8 finala yüksəlib.
E qrupunda bütün yerlərin sahibləri öncədən bəlli olduğundan, son tur formal xarakter daşıyıb.
F qrupunda "Latsio” öz meydanında "Brügge” ilə məhsuldar heç-heçəyə razılaşsa da, bu, 1/8 finala vəsiqə üçün kifayət edib. Dortmund "Borussiya”sı "Zenit”i səfərdə məğlub edərək, bunu qrup birincisi kimi reallaşdırıb.
G qrupunda 1-ci yerin taleyinə "Yuventus”la "Barselona” arasında matç aydınlıq gətirib. Turindəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan "qoca sinyora” növbəti mərhələyə qrup qalibi qismində adlayıb.
H qrupunda bir oyun keçirilib. Dramatik alınan matçda "Mançester Yunayted”ə qalib gələn "Laypsiq” mübarizəni davam etdirib. PSJ – "Başakşəhər” qarşılaşması isə ehtiyat hakimin irqçi ifadələri səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Buna baxmayaraq, PSJ-ni də 1/8 finalda hesab etmək olar. Çünki "Mançester Yunayted”lə xalları bərabər olan fransızlar şəxsi oyunlarda üstün olduğundan, "Başakşəhər”ə məğlub olsa belə, heç nə dəyişməyəcək.
"Krasnodar”dan sonra "Brügge”, Kiyev "Dinamo”su və "Mançester Yunayted” qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasında davam etdirmək hüququ əldə edib. Bu isə o deməkdir ki, növbəti mərhələnin 12 iştirakçısı məlumdur.
Qeyd edək ki, dekabrın 9-da digər 4 qrupda son oyunlar keçiriləcək. Bu qruplarda "Bavariya”, "Mançester Siti”, "Porto” və "Liverpul” 1/8 finala vəsiqəni artıq rəsmiləşdirib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
8 dekabr
E qrupu
"Renn” (Fransa) – "Sevilya” (İspaniya) 1:3
Qollar: Rutter, 86-pen – Kunde, 32. En Nesiri, 45+2; 81.
"Çelsi” (İngiltərə) – "Krasnodar” (Rusiya) 1:1
Qollar: Jorjinyo, 28-pen – Kabella, 24.
Çelsi – 14, Sevilya – 13, Krasnodar – 5, Renn – 1.
F qrupu
"Latsio” (İtaliya) – "Brügge” (Belçika) 2:2
Qollar: Korrea, 12. İmmobile, 27-pen – Vormer, 15. Vanaken, 76.
"Zenit” (Rusiya) – "Borussiya” (Dortmund, Almaniya) 1:2
Qollar: Driussi, 16 – Pişçek, 68. Vitsel, 78.
Borusssiya – 13, Latsio – 10, Brügge – 8, Zenit – 1.
G qrupu
"Dinamo” (Kiyev, Ukrayna) – "Ferentsvaroş” (Macarıstan) 1:0
Qol: Popov, 60.
"Barselona” (İspaniya) – "Yuventus” (İtaliya) 0:3
Qollar: Ronaldu, 13-pen; 52-pen. Makkenni, 20.
Yuventus – 15, Barselona – 15, Dinamo (Kiyev) – 4, Ferentsvaroş – 1.
H qrupu
PSJ (Fransa) – "Başakşəhər” (Türkiyə)
"Laypsiq” (Almaniya) – "Mançester Yunayted” (İngiltərə) 3:2
Qollar: Anxelinyo, 2. Haydara, 13. Kluyvert, 69 – B.Fernandes, 80-pen. Poqba, 82.
Laypsiq – 12, PSJ – 9, Mançester Yunayted – 9, Başakşəhər – 3.
Fanat.Az