12:39 09.12.2020 780

Bəhlul Mustafazadə: "Ronaldu ilə mübarizə əlavə motivasiya olacaq"

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadənin "Report"a müsahibəsi

- Dünya çempionatının seçmə mərhələsində Serbiya, İrlandiya, Portuqaliya və Lüksemburq rəqib oldunuz. Püşkün nəticəsini necə dəyərləndirirsiniz?

- Fikrimcə, maraqlı qrupdur. Portuqaliya hazırda Avropanın ən güclü komandalarındandır. Ancaq digər rəqiblər də yaxşı yığmalardır. Bu komandalarla müxtəlif vaxtlarda üz-üzə gelmişik. Yalnız İrlandiya bizim uçün yenidir. Bizi qarşıda maraqlı oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçlarımızdan müsbət nəticə ilə ayrılaq.

- Qrupda ən arzuolunmaz rəqib hansıdır və nəyə görə?

- Əlbəttə, Portuqaliya. Amma bundan əvvəl də qeyd etdiyim kimi qrupdakı diger komandalar da yüksək səviyyədə futbol oynamağı bacaran kollektivlərdir.

- 4 rəqibdən 3-ü ilə əvvəl qarşılaşmışıq. Onların gücünü hardasa bilirik. Yalnız İrlandiya ilə oyun keçirməmişik. Bu rəqib barədə nə deyə bilərsiniz?

- İrlandiya haqqında məndə səthi məlumatlar xaricinde ciddi informasiya yoxdur. Artıq rəqiblərimizi bilirik və bu gündən məlumat toplamağa başlayacağıq.

- Azərbaycan qrupun ən zəif bəndi hesab olunur. Bu fikirlərlə razısınız?

- Bu fikirlə razı deyiləm. Məncə, qrupdaki bütün komandalara çetinlik yarada bilərik. Hədəflərimizi yüksək tutmalıyıq.

- Qrupun favoriti Portuqaliyadır. Heyətində Kriştianu Ronaldu kimi dünya ulduzu var. Siz də müdafiəçisiniz. Ona qarşı oynamaq əlavə motivasiya olacaq, yoxsa əlavə problem?

- Ronaldu oynadığı bütün rəqiblər üçün real problemdir. Mənim üçün onunla meydanda mübarizə aparmaq əlavə motivasiya olacaq.

- Millətlər Liqasında yığma yenilənmiş heyətlə mübarizə apardı. Çıxışınızı necə qiymətləndirirsiniz?

- Daha yaxşı çıxış edə bilərdik. Yenilənmiş heyətimiz var. Qarşıdakı turnirlərdə daha yaxşı komanda görəcəksiniz.

- Hazırkı komandanın potensialı seçmə mərhələdə neçənci yeri tutmağa imkan verir?

- Bu barədə nəsə demək çətindir. Əlimizdən gələni edəcəyik ki, seçmə mərhələni yaxşı nəticə ile başa vuraq.

- Koronavirusa görə çempionatda yenidən fasilə yarandı. İndiki halda yarışın davam etdirilməsinin, yoxsa dayandırılmasının tərəfdarısınız?

- Hamı üçün insan sağlamlığı hər şeydən önəmlidir. Nə qərar verilsə, razılaşmaqdan başqa yolumuz yoxdur. Ancaq şəxsən men çempionatın davam etdirilməsini istəyərdim.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X