Fransa Super Kubokunun yeri və tarixi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayb. Bildirilib ki, Super Kubok oyunu yanvarın 13-də Lans şəhər stadionda baş tutacaq.
Koronavirus səbəbindən matçı ölkə xaricində keçirmək mümkün olmayıb. Super Kubok görüşləri daha əvvəl Çin, Mərakeş və digər ölkələrdə təşkil edilib.
Qeyd edək ki, Super Kubok uğrunda oyunda 2019/20 mövsümündə Fransa çempionatının və ölkə kubokunun qalibi PSJ və Liqa 1-in gümüş medalçısı "Marsel" qarşılaşacaq.