"Arsenal"ın baş məşqçisi Mikel Arteta tərəfindən Premyer Liqanın sifariş ərizəsinə salınmayan Məsut Özillə bağlı qeyri-müəyyənlik davam edir.
Fanat.Az xəbər verir ki, türk əsilli futbolçunun qış fasiləsində komandanı tərk edəcəyi deyilir. Artıq ona təkliflər də var.
Məlumata görə, Məsutu heyətinə qatmaq istəyən klublardan biri ABŞ təmsilçisi "DC United"di. Vaşinqton klubu onunla yanvarda müqavilə imzalamaq istəyir.
Məlumatda bildirilir ki, 32 yaşlı futbolçu özü də karyerasını davam etdirmək üçün ən ideal variantın ABŞ olduğunu düşünür.