"Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda postunu tərk edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Diario Gol” yayıb.
Zidanın klub rəhbərliyi transfer vədlərini yerinə yetirmədiyi üçün Madrid təmsilçisindən ayrılacağı bildirilir.
"Real” rəsmiləri mövsümün əvvəlində Zidana Pol Poqba, Sadio Mane və Eduardo Kamavinqanın transfer ediləcəyini desələr də, bu keçidlər baş tutmayıb. Mənbəyə inansaq, Əlcəzair əsilli fransalı "Real”la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verəcək.
Qeyd edək ki, Zidan 2019-cu ilin martından indiki postundadır.
Fanat.Az