İtaliya Apellyasiya Məhkəməsi Braziliya millisinin sabiq hücumçusu Robinyonun iddiasını rədd edib.
Fanat.Az xəbər verir ki, məhkəmə zorlamada iştiraka görə braziliyalı hücumçuya verilmiş 9 illik həbs cəzasını olduğu kimi saxlamağı uyğun sayıb.
36 yaşlı futbolçu kassasiya şikayəti verəcək. Qərarın məhz bu səbəbdən qüvvəyə minmədiyi qeyd olunub.
Bu məsələ üzrə ilk qərar hələ 2017-ci ildə elan olunmuşdu. O vaxtdan bəri iş apellyasiya məhkəməsində davam edirdi.
Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı qadını qrup şəklində zorlamada ittiham olunur. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Təcrübəli oyunçu günahını boynuna almayıb.
Robinyo bu il oktyabrın 11-də ölkəsinin "Santos" klubuna keçsə də, 6 gün sonra onun müqaviləsinə xitam verilib.
Fanat.Az