UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayı.
Siyahıda "Hoffenhaym”dan Maksimilian Bayer, "Bayer"dən (Leverkuzen) Leyon Bayli, MOIK-dən (Moskva) Ali Soye və "Tottenhem"dən Covani Lo Celso yer alıb.
18 yaşlı Bayer Belçika "Gent"ini 4:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Soye evdə İtaliya "Roma"sını 3:1 hesabı ilə üstələdikləri görüşdə, Bayli isə Çexiya "Slaviya"sına 4:0 qalib gəldikləri oyunda eyni sayda qol vurub.
Lo Celso Londonda Belçika "Antverpen”ini 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada fərqlənib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az