"Real” "Tottenhem”ə satdığı Serxio Reqilonu geri qaytara bilər.
Fanat.Az xəbər verir ki, "Kral Klubu” 23 yaşlı yarımmüdafiəçinin müqaviləsində qeyd olunan geri satın alma maddəsini aktivləşdirməyi planlaşdırır. Bunun üçün Madrid təmsilçisi London klubuna 45 milyon avro ödəməli olacaq. "Real" onu "Tottenhem"ə 30 milyon avroya satmışdı.
Qeyd edək ki, Reqilon bu mövsüm 12 matça çıxıb və 3 qolun ötürməsini verib.