"Real"ın kapitanı Serxio Ramos yeni rekord müəyyənləşdirib.
Fanat.Az "MisterChip"ə istinadən xəbər verir ki, ispan müdafiəçi bunu La Liqanın 12-ci turunda "Atletiko" ilə matçda (2:0) meydana çıxaraq bacarıb.
Sözügedən görüş 34 yaşlı müdafiəçinin karyerasında 43-cü Madrid derbisi olub. Ramos Manolo Sançis və Fransisko Xentonu (42 Madrid derbisi) geridə qoyub.
Fanat.Az