"Tottenhem"in yarımmüdafiəçisi Dele Alli bu qış klubuyla vidalaşacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Mənbə London təmsilçisinin baş məşqçisi Joze Mourinyunun yarımmüdafiəçi Harri Uinksi heyətdə saxlamaq istədiyini, Alliyə isə komandadan ayrılmağı məsləhət gördüyünü vurğulayıb. "Tottenhem" ingilis oyunçunu sata və ya 6 aylıq icarəyə verə bilər.
Xatırladaq ki, yay transfer pəncərəsi zamanı PSJ Allini icarəyə götürmək istəsə də, "Tottenhem" təklifi rədd edib. Dele 2015-ci ildən Premyer Liqa təmsilçisində çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 8 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az