Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi "Boluspor” doğma meydanda "Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası 0:1 hesabıyla yenilib.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə oyundan alınıb.
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan "Boluspor” 18 kollektiv arasında 14-cüdür.
Fanat.Az