Almaniyanın II Bundesliqasında XI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” səfərdə "Sankt Pauli" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
Nazarov matçın 68-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Erzgebirge” hazırda turnir cədvəlində 16 xalla 10-cu pillədə qərarlaşıb.