Dortmund "Borussiya"sının rəhbərliyi baş məşqçi Lusyen Favrı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Ötən gün Bundesliqanın 11-ci turunda evdə "Ştutqart"a 1:5 hesablı məğlubiyyətin ardından klub rəhbərliyi bu qərarı verib. İsveçrəli mütəxəssislə yanaşı onun köməkçisi Manfred Stefes də göndərilib.
Favrı onun digər köməkçisi Edin Terziç əvəzləyib.
Qeyd edək ki, Lusyen Favr 2018-ci ildən "Borussiya"nı çalışdırırdı. Onun komandası hazırda 19 xalla Bundesliqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Fanat.Az