A Seriyasının 11-ci turunda "Cenoa"nı 3:1 hesabıyla yenən "Yuventus"un superulduzu Kriştianu Ronaldu dubl edib.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisinin formasıyla çıxdığı 100-cü oyununda 2 qol vuran portuqaliyalı "Twitter" belə yazıb:
"Yuventus"dakı 100-cü oyunda dubl etməkdən gözəl nə ola bilər? "Yuve"də bu nəticəni göstərdiyim üçün çox qürurluyam. Amma inanın, artıq bu formayla 100-cü qolumu vurmaq haqda düşünürəm".
Fanat.Az