İtaliya A seriyasının 11-ci turunda "Yuventus" səfərdə "Cenoa"nı 3:1 hesabı ilə yenib.
Fanat.Az xəbər verir ki, hesabı mövsümdə ilk qolunu vuran Paulo Dibala açıbsa, 4 dəqiqə sonra meydan sahibləri cavab qoluna sevinib. Lakin "Yuve" formasıyla 100-cü oyununa çıxan Kriştianu Ronaldu iki dəfə penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.