Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya” Ukrayna Premyer Liqasında 13-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda doğma meydanda "Zarya" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Aleksandriya” hazırda 16 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.Az