"Liverpul"un sabiq çalışdırıcısı Jerar Ulye həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, 73 yaşlı mütəxəssis bu gecə ölüb. Fransalı çalışdırıcının ölüm səbəbi haqda dəqiq məlumat yoxdur.
1998-2004 "Liverpul"u çalışdıran Ulye "Lion", PSJ, "Lans" kimi klubların əsas komandasına da baş məşqçilik edib. Onun son iş yeri 2010/11 mövsümündə "Aston Villa" olub.
Fanat.Az