"Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli fransalının söylədiklərini "Marca” belə çatdırıb:
"Bu komandanı yaxşı tanıyırıq, hörmət edirik. "Atalanta” ilə ilk oyun fevralda oıacaq, amma indi məni narahat edən sabahkı (İspaniya çempionatında "Atletik”lə qarşılaşma - Red.) oyundur.
Qeyd edək ki, "Real”la "Atalanta” arasında ilk oyun İtaliyada olacaq. Matçın vaxtı hələlik açıqlanmayıb.
Fanat.Az