Türkiyənin Superliqa təmsilçilərindən olan "Fatih Karagümrük” yeni legionerlə güclənib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qara-qırmızılar" Fabio Borinini heyətinə qatıb.
29 yaşlı vingerlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Borini karyerası ərzində "Çelsi”, "Suonsi Siti”, "Roma”, "Liverpul”, "Sanderlend” və "Milan” kimi klublarda forma geyinib. Onun son iş yeri ötən mövsüm formasını geyindiyi "Verona” olub. Fabio İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə cəmi bir oyuna çıxıb.
Fanat.Az