Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu növbəti dəfə koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə "Globo Esporte" məlumat yayıb.
Nəşr 68 yaşlı mütəxəssisin San-Pauloda xəstəxanaya yerləşdirildiyini bildirib.
Luşemburqu koronavirusun fəsadlarını hiss edən zaman Rio-de-Janeyroda olub. Daha sonra klinikaya getməyə qərar verib.
Qeyd edək ki, Vanderley Luşemburqu iyulda da koronavirusa yoluxub. O, həmin vaxt xəstəliyi simptomsuz keçirdiyini bildirmişdi. Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.
Fanat.Az