"Fənərbağça” komandasında koronavirusa yeni yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, İstanbul təmsilçisinin heyətində növbəti dəfə testaparılıb və nəticədə klub işçilərindən birində koronavirus aşkarlanıb. Adı açıqlanmayan həmin şəxs dərhal karantinə alınıb. Komandanın məşq bazası isə dezinfeksiya olunub.
Fanat.Az