"Qəbələ"dən ayrılan Rodriqo Qattas karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 29 yaşlı çilili hücumçu IV liqa təmsilçisi "Montijo”da çıxış edəcək.
Bu barədə klubun saytı məlumat yayıb. Artıq tərəflər arasında müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Qattas "Qəbələ"yə 2020-ci ilin əvvəlində keçmişdi.
Fanat.Az