Şəxsi həyatındakı qalmaqallar səbəbindən PSJ-nin müqaviləsinə vaxtından əvvəl itam verdiyi Jese Rodrigesin illər sonra barışdığı sevgilisi Aurah Ruiz müsahibə verib.
Fanat.Az xəbər verir ki, 2016-cı ildə ayrıldığı və bu ilin avqustunda barışdığı futbolçu ilə münasibətlərindən danışan gözəl model ispan futbolçunun ayrı olduğu müddətdə onunla sadəcə birlikdə olmaq üçün görüşdüüyünü bildirib.
"İki ayda bir mənimlə cinsi əlaqədə olmaq üçün zəng etdi və hər münasibətimiz 48 saat davam etdi. Mənim yanımdan ayrıldıqdan sonra başqa qadınların yanına getdiyini bilirdim. Daha sonra başqa bir ilə münasibətim başladı və Jeseyə artıq əlaqəmizi kəsməli olduğumuzu dedim. Bunu dedikdən sonra mənimlə 3 gündən bir əlaqə yaratdı və bu vəziyyət 2 il davam etdi. O dövrlərdə çox şey yaşadım" deyə Aurah Ruiz bildirib.
Model bir futbolçu ilə sevgili olmağın başına gələn ən pis şey olduğunu deyib: "PSJ onunla müqaviləni bizim münasibətimizə görə pozmadı. Jese daha çox oynayacağı kluba getmək istəyir və PSJ-dən ayrıldığı üçün xoşbəxtdi. Bizim münasibətlərimizə gəlincə, keçmişdə yaşadıqlarımız mənim üçün bir yükdü və unutmaq çətindi".