"Bavariya”nın qış transfer pəncərəsi dövrü ilə bağlı planları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi yeni futbolçu almağı planlaşdırmır. Yayda 7 yeni futbolçu alan münhenlilər klubun akademiyasının yetirmələrinə də diqqət ayırmaq niyyətindədi. Oyunçu almayacaq klubdan iki futbolçunun gedəcəyi ehtimal olunur. Bunlar Cerom Boatenqlə David Alabadı.
Qeyd edək ki, "Bavariya” Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. "Bayer”dən 1 xal geridə olan münhenlilər "Leypsiq”i əlavə göstəricilərdə üstələyir.