"Liverpul" müdafiəçisi Vircil van Deyklə müqavilə yeniləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
İtaliyalı jurnalist mersisaydlıların van Deykin agenti ilə danışıq apardığını bildirib. O, ciddi zədədən əziyyət çəkən müdafiəçinin anlaşmasının müddətinin 2026-cı ilə qədər uzadılacağını vurğulayıb.
Xatırladaq ki, İngiltərə çempionatının 5-ci turunda "Everton"un qapıçısı Cordan Pikfordun zədələdiyi niderlandlının dizinin xaçvari bağları qopub. Vircilin gələn ilin aprelindən tez futbol oynaya bilməyəcəyi dəqiqdir.
Fanat.Az