İngiltərənin "Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçi göndərməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşrin iddiasına görə, komandanın XIII turda "Mançester Siti" ilə 1:1 hesablı heç-heçə etməsinə baxmayaraq 52 yaşlı xorvatiyalı mütəxəssis postundan göndəriləcək. Onu ingiltərəli Sem Ellardays əvəzləyəcək. Rəsmi açıqlamanın bu gün elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, "Vest Bromviç” 13 oyundan sonra turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.
Fanat.Az