Yubiley, Ağdamla vida görüşü və koronavirus - VİDEO
Dekabrın 14-ü Azərbaycan futbol ictimaiyyəti aldığı kədərli xəbərin şokundan sarsıldı: Elbrus Abbasov koronavirusdan vəfat edib.
Ağdam həsrəti ilə yaşayan veteran futolçumuz noyabrın 28-də işğaldan azad olunan doğma şəhərini ziyarətdən qayıtdıqdan sonra yatağa düşdü və bir daha qalxmadı.
Virusa qarşı 2 həftə sürən mübarizədən sonra məşhur hücumçumuz 70 yaşında gözlərini həyata yumdu.
Sportinfo.az-ın redaktoru İlkin Fikrətoğlu "Neftçi"nin SSRİ çempionatları tarixindəki yeganə bombardiri haqda videosüjet hazırlayıb.