Yaponiya klubu "Vissel Kobe"nin formasını geyinən Andres İnyesta 4 ay müddətinə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu haqda ispan mətbuatı yazıb. 36 yaşlı futbolçu sağ ayağından zədələnib. İspaniya millisinin sabiq yarımmüdafiəçisi uğurla əməliyyat olunub.
İnyesta 2002 - 2018-ci illərdə "Barselona"nın şərəfini qoruyub. O, 2020-ci ildə 34 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az