"Sabah" futbolçusu Təmkin Xəlilzadə ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə 27 yaşlı müdafiəçi özü məlumat yayıb.
O, bununl bağlı şəxsi "İnstaqram" səhifəsi üzərindən paylaşım edib.
Milli komandamızın üzvü "Sabah”la 2021-ci ilin yanvarına qədər olan müqaviləsini mövsümün sonuna qədər uzadıb.
Qeyd edək ki, T.Xəlilzadə 2019-cu ilin yanvarında "Qəbələ”dən "Sabah”a keçib.
Fanat.Az