"Fənərbağça" sabiq futbolçusu Maks Kruzeyə 7.5 milyon avro təzminat ödəyəcək.
Fanat.Az xəbər verir ki, İstanul təsmsilçisi ilə 32 yaşlı futbolçu arasındakı məhkəmə çəkişməsi almaniyalının xeyirinə başa çatıb. Super Liqa klubu cari ilin sonunadək apellyasiya şikayəti vermək hüququna malikdi.
Qeyd edək ki, Maks Kruze maaş probleminə görə iyun ayında müqaviləsini birtərəfli qaydada pozaraq FIFA-ya müraciət etmişdi.