"Milan”ın futbolçusu Hakan Çalhanoğlunun taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını hazırkı komandasında davam etdirəcək. "Rossonyerlər” müqavilə müddəti cari mövsümün sonuna qədər olan Türkiyə millisinin üzvü ilə yeni sözləşmə üçün uzun müddətdi danışıq aparır. Tərəflər arasında artıq ilkin razılıq əldə olunub.
Hakanın meneceri son detalları müzakirə etmək üçün artıq İtaliyaya yollanıb. Hazırkı məvacibi 3,5 milyon avro olan Çalhanoğlunun gələn mövsümdən maaşı 5 milyon avroya yüksələcək.
Qeyd edək ki, 2017-ci ildən "Milan”ın formasını geyinən oyunçu ilə "Mançester Yunayted”, "Atletiko” və "Yuventus” maraqlanır.
Onu da qeyd edək ki, Hakan Çalhanoğlu "Milan"a "Bayer"dən 23.3 milyon avroya transfer olunub. 26 yaşlı yarımmüdafiəçi cari mövsümdə oyandığı 17 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.