"Qarabağ” və "Neftçi”nin sabiq məşqçi Mehmet Ak özünə yeni klub tapıb.
Fanat.Az xəbər verir ki, o, karyerasını ölkəsinin "Ankaraspor” klubunda davam etdirəcək.
Bu barədə TFF 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Ona Hasan Vural, Bahaddin Türkarslan, Volkan Arat, Ahmet Özdemir və Habip Anapalın kömək edəcəyi bildirilib.
Qeyd edək ki, Mehmet Ak Ankara təmsilçisində bu mövsüm 4-cü baş məşqçidir. Mövsümə Ali Güneş ilə başlayan klub, daha sonra İsmet Özdemir və Mustafa Özeri bu posta təyin etmişdi.
Xatırladaq ki, "Ankaraspor” 1-ci liqada bu mövsüm keçirdiyi 13 oyunda cəmi 9 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.
Fanat.Az