"Qalatasaray”ın zədəli müdafiəçisi Marselo Saraççi sağalıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, artıq uruqvaylı futbolçu komanda ilə məşqlərə başlayıb.
22 yaşlı oyunçunun dekabrın 18-də Super Liqanın 13-cü turu çərçivəsində "Fatih Karagümrük”lə səfər matçında oynaması gözlənilir.
Qeyd edək ki, komandanın digər zədəliləri Rayan Babel və Radamel Falkao isə hələ də komandadan ayrı məşq edir.
Fanat.Az