Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" bu raundda "Antalyaspor"la qarşılaşıb.
Rəqibinə minimal hesabla uduzan I liqa təmsilçisi kubokda mübarizəni dayandırıb. Görüşdə yeganə qolu 52-ci dəqiqədə Gökdeniz Bayraktar vurub.
Matça start heyətində başlayan Abdullayev 55-ci dəqiqədə əvəzlənib. Onun yerinə meydana Melih Okutan daxil olub.