"Derbi Kaunti"nin oynayan məşqçisi Ueyn Runinin oğlu Kay Runi "Mançester Yunayted"lə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, oğlunun anlaşmaya imza atdığı anın fotosunu "Instagram"da paylaşan Ueyn onu belə dəstəkləyib:
"Xüsusi gündü. Kay "Mançester Yunayted"lə müqavilə imzalayır. Bu ruhla davam et, oğlum. Səni sevirəm".
Qeyd edək ki, Runi 2004-2017-ci illər aralığında MY-də çıxış edib. İngiltərə millisinin sabiq kapitanı "qırmızı şeytanlar"ın formasıyla 5 dəfə İngiltərə çempionu olub, 2008-ci ildə isə Çempionlar Liqasının baş mükafatını başı üzərinə qaldırmaq sevinci yaşayıb.
Fanat.Az