Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” Almaniya 2-ci Bundesliqasında XII turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisi doğma meydanda "Karlsrue” ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.
Sstart heyətdə meydana çıxan Nazarov 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 12 turdan sonra 19 xala malik "Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Fanat.Az