"Qarabağ"ın sabiq məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Kopenhagen"də çalışacaq. Bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib. O, son olaraq İspaniyanın "Valensiya" klubunun U-18 komandasının baş məşqçisi kimi çaışıb.